21 июл 2019
«Неуdər Əliуеv bütünü dаğıtdıq» - Вауrаm Məmmədоvun sоn sözü.08 дек.2016 г.
☾✯Айхан ✯☽
3:39
4 КОММЕНТАРИЯ
Алик Агаев
есл азиксен валлах сене аллах комек олсун
☾✯Айхан ✯☽
«Неуdər Əliуеv bütünü dаğıtdıq» - Вауrаm Məmmədоvun sоn sözüОпубликовано: 08 дек. 2016 г.Bayram Məmmədov məhkəmədə çıxış edib:«Mən məhz Heydər Əliyevin heykəlinə «Qul bayramınız mübarək!» yazdığıma görə burdayam. Amma mənim bura düşməmək şansım da var idi.Mən bundan sonra polislər haqqında adamlar ifadəsini işlədəcəm, amma bu adamlar dırnaq içində deyilmiş olacaq. Mənə dəfələrlə Heydər Əliyevin heykəlinin qarşısına gül qoyub, üzr istəmək, AZTV-yə çıxmaq təklif olundu. Peşman olub, əfv diləməklə azadlığa çıxmaqdansa, həbsdə olmaq daha şərəflidi.Mən özümü qətiyyən dustaq saymıram. Mən azadlıq aşiqiyəm. Bunların anormal vətən, vətənpərvərlik anlayışı var. Bunların vətən anlayışı ulu öndərləri Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevə münasibətlə ölçülür. Onları sevirsənsə, deməli, vətənpərvərsən. Qarşı çıxırsansa, deməli, xəyanətkarsan. Vətənə xəyanət edirsən. Sonra da telekanallarda məlum olur ki, sənin qərb təşkilatları ilə əlaqələrin var, o təşkilatları da erməni lobbisi maliyyələşdirir.Əgər vətən Heydər Əliyev Fondudursa, Heydər Əliyev adına Hava Limanıdırsa, Heydər Əliyev adına idman kompleksidirsə, Heydər Əliyev Mərkəzidirsə, Heydər Əliyev Muzeyidirsə, ucsuz-bucaqsız Heydər Əliyev prospektidirsə, Azərbaycanın bütün şəhər və rayonlarındakı saysız hesabsız Heydər Əliyev parklarından ibarətdirsə, bəli, mən vətənə xəyanət edirəm. Və bununla fəxr edirəm. Məni vətənə xəyanətə görə də mühakimə edə bilərsiniz. Axmaqlar haradan bilsinlər ki, əsl vətənpərvərlik xalqı bu hakimiyyətdən qorumağa çalışmaqdır».
KERIMOV PARVIZ
Гул байрамы Pitchers представляет
Эльнур Рязань )))))))))))
халал олсун сиза ватан овладлары . чевирин бу мындар хакимияти . басдир уже